TEHRANDA HAVANIN ÇİRKLİLİYİ TƏHLÜKƏLİ SƏVİYYƏYƏ YÜKSƏLİB

İrannın paytaxtı Tehranda ekoloji böhran müşahidə olunur.
Ekoloqlar havanın çirklilik səviyyəsinin zərərli həddə çatdığını bildiriblər.
Vəziyyətlə əlaqədar məktəblər və uşaq bağçalarının fəaliyyəti 4 günlük dayandırılıb.
Eyni zamanda, bir sıra hökumət qurumlarının işçilərinə bir neçə günlük məzuniyyət icazə verilib.
Qeyd edək ki, Tehranda havanın keyfiyyəti digər ölkələrlə müqayisədə ən pislər sırasındadır.
Bu gün Tehranda havanın keyfiyyəti indeksi 164-ə yüksəlib.
Ekspertlər 151-200 indeksli hava keyfiyyətinin sağlamlıq üçün zərərli olduğunu bildirirlər.
Havanın çirklənməsinə əsas səbəb kimi avtomobillərdən çıxan tüstü dumanı göstərilir.
“Bizim yanacaq və avtomobillərimiz yüksək standartlara cavab vermir. Mən məcburiyyətində qarşısında aşağı keyfiyyətli yanacaqdan istfiadə edirəm, avtomobilimin yanacaq sərfiyyatı da çoxdur. Yerli istehsal olan avtomobillər alırıq. Xarici avtomobillərin pulunu qarşılaya bilmirik” – deyə sürücü Hüseyni vəziyyəti şərh edib.
Tehran coğrafi cəhətdən 3 tərəfdən dağlarla əhatə olunan bir şəhərdir.
Xüsusilə soyuq havada regionda külək əsmədikdə və yağış yağmadıqda hava kütləsi tüstü dumanını tələyə saıbmış kimi şəhərin üzərində saxlayır.
Meteorologiyada bu fenomenə temperatur inversiyası deyirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.