KİV: ABŞ Milli Qvardiyasının hərbçilərini öldürən şəxs Əfqanıstan vətəndaşıdır

Vaşinqtonun mərkəzində ABŞ Milli Qvardiyasının hərbi qulluqçularına atəş açaraq öldürən şəxs Əfqanıstan vətəndaşıdır.
Bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, hücumçunun adı Rəhmanulla Laqanvaldır. O, ABŞ-yə 2021-ci ildə gedib.
Qeyd edək ki, hadisə zamanı iki hərbçi həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.