İSRAİL 15 FƏLƏSTİNLİNİN MEYİTİNİ TƏHVİL VERİB

İsrail 15 fələstinlinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
bu barədə İsrail mediası məlumat yayıb. Dünən HƏMAS israilli girovun meyitini qaytardıqdan sonra israil də öz növbəsisndə atəşkəs razılaşmasına uyöun olaraq 15 fələstinlinin meyitini qaytarıb. Bununla belə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Qəzzada son vəziyyət müzakirə olunub. iclasdan sonra paylaşılan açıqlamada Türkiyənin atəşkəsin təmin edilməsində olduğu kimi, bundan sonrakı mərhələdə də Qəzzada sülh və sabitliyin təminatçısı olacaq mexanizmlərdə üzərinə məsuliyyət götürməyə və Qəzzanın dirçəlməsi istiqamətində səylərə töhfə verməyə hazır olduğu bildirilib.
Açıqlamada həmçinin Türkiyənin də iştirakı ilə Qəzzada əldə olunan atəşkəsin regiondakı soyqırımın dayandırılması üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.
Noyabrın sonunda MİSİRDƏ keçirilməsi nəzərdə tutulan və Qəzza sektorunun bərpasına həsr olunmuş beynəlxalq konfrans, Fələstin anklavındakı vəziyyət səbəbindən təxirə salınıb. “Əş-Şərq Əl-Ausat qəzetinin misirli mənbəyə istinadən məlumatına görə, konfrans planlaşdırıldığı kimi ayın sonunda baş tutmayacaq və daha sonra keçiriləcək.
Mənbə əlavə edib ki, bir çox ölkələr Qəzzada dağıntıların bir daha təkrarlanmayacağına dair zəmanət tələb edir, lakin indiyədək bu zəmanətlər verilməyib. Hazırda İsrailin davam edən eskalasiyası və dəfələrlə atəşkəs pozuntuları fonunda bu zəmanətlərin verilməsi mümkün deyil.
paralel olaraq İsrail ordusu yayımladığı videoda Şərqi Qüdsün şimalında yerləşən Qərb Sahilindəki hərbi əməliyyatlarını nümayiş etdirib.
Tubas vilayətində keçirilən əməliyyat israilli sakinlər və fələstinlilər arasında baş verən zorakı qarşıdurmalardan sonra təşkil olunub. Vilayət rəhbəri Əhməd əl-Əsəd bildirib ki, əməliyyat helikopterlər və hərbi texnikanın iştirakı ilə həyata keçirilib
İsrail Müdafiə Qüvvələri bildirib ki, əməliyyat “terrorizmin qarşısını almaq üçün qabaqlayıcı tədbirdir” və əlavə şərh verməyib, sonradan hesabat təqdim olunacağını qeyd edib.
Rəsmi şəxslər xəbərdarlıq ediblər ki, gərginlik Qəzzadakı atəşkəsi poza bilər.
Hazırda 700 minədək israilli Qərb Sahili və Şərqi Qüdsdə yaşayır. Bu ərazilər 1967-ci ildə İsrail tərəfindən tutulub. fələstinlilər bu əraziləri gələcək dövlətləri üçün tələb edirlər. Beynəlxalq ictimaiyyət isə əksər hallarda bu ərazilərdə israilli məskunlaşmanı qanunsuz hesab edir və sülhə maneə kimi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.