25 mindən çox Qırğızıstan vətəndaşı növbədənkənar parlament seçkilərində xaricdə səs verib

Qırğızıstanın təxminən 25,5 min vətəndaşı növbədənkənar parlament seçkilərində xaricdə səs verib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 30 noyabr saat 00:00-a (Bakı vaxtı ilə 1 dekabr saat 02:00) olan vəziyyətə görə, xaricdəki seçki məntəqələrində səsvermədə iştirak edən vətəndaşların sayı 25 458 nəfər təşkil edib.
"Sonuncu səsvermə mərhələsi 1 dekabr saat 10:00-da (Bakı vaxtı ilə 12:00) ABŞ-nin San-Fransisko şəhərində yerləşən seçki məntəqəsində başa çatacaq", – məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.