AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Rusiya ilə Su-57 qırıcılarının tədarükünü müzakirə edəcək

  • + A
  • - A
  • 1-12-2025, 07:52

    Hindistan Rusiya ilə Su-57 qırıcılarının tədarükünü müzakirə edəcək

    Hindistan, Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Nyu-Dehliyə edəcəyi səfər çərçivəsində yeni müdafiə sazişləri üzrə danışıqlara başlamağı planlaşdırır.

    Bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, danışıqlar xüsusilə Rusiyadan qırıcı təyyarələrin və ən yeni raketdən müdafiə sistemlərinin alınmasını əhatə edir.

    “Xüsusi və imtiyazlı strateji tərəfdaşlıq statusuna malik olan Hindistan və Rusiya beşinci nəsil Su-57 qırıcılarının mümkün tədarükünü, həmçinin S-500 hava hücumundan müdafiə sisteminin modernləşdirilmiş versiyasının alınması perspektivlərini müzakirə etməyə hazırlaşırlar”, – “Bloomberg“ bildirib.

    Agentlik həmçinin qeyd edib ki, Hindistan və Rusiya arasında mümkün razılaşma Nyu-Dehlinin ABŞ-la ticarət danışıqlarını çətinləşdirə bilər, çünki ABŞ ənənəvi olaraq Hindistanın Moskva ilə müdafiə əməkdaşlığının genişlənməsinə qarşı çıxır və Rusiyadan silah alınmasından narahatdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR