AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MOSKVADA D.TRAMPIN SÜLH PLANI MÜZAKİRƏ EDİLİB

  • + A
  • - A
  • 3-12-2025, 09:12

    MOSKVADA D.TRAMPIN SÜLH PLANI MÜZAKİRƏ EDİLİB

    Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada görüşü beş saatdan çox davam edib. Görüşdə Putinin köməkçisi Yuri Uşakov, eləcə də xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edib. ABŞ tərəfini isə sahibkar və Donald Trampın kürəkəni Jared Kuşner təmsil edib.

    Tərəflər əsas olaraq Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli istiqamətində Vaşinqtonun təklif etdiyi planın mahiyyətini müzakirə ediblər. Uşakovun sözlərinə görə, konkret formullar və ya hazır sülh modeli müzakirə olunmayıb, lakin ABŞ-ın təqdim etdiyi variantlardan bəzisi Rusiya üçün məqbul, bəziləri isə uyğun deyil. Bununla yanaşı, danışıqlarda ərazi məsələsinə də toxunulub. Rusiya tərəfi hələlik kompromisə gəlinmədiyini, lakin söhbətin çox faydalı, konstruktiv və məzmunlu olduğunu bildirib.

    Moskva Tramp administrasiyasının təqdim etdiyi ilkin 28 bəndlik sülh planına əlavə olaraq ABŞ-dan dörd yeni sənəd də alıb. Uşakov həmin sənədlərin detallarını açıqlamasa da, onların hamısının Ukrayna böhranının uzunmüddətli həlli ilə bağlı olduğunu qeyd edib. O vurğulayıb ki, hazırda əsas məqsəd mövqelərin yaxınlaşdırılması və gələcək danışıqlara zəmin yaradılmasıdır.

    Görüş zamanı Rusiya və ABŞ arasında gələcək iqtisadi əməkdaşlıq da müzakirə olunub. Uşakov bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və tərəflər bu istiqamətdə real addımlar atmaq niyyətindədirlər.

    Danışıqların yekununda tərəflər yüksək səviyyəyə qədər uzanacaq yeni təmaslar barədə razılığa gəliblər. Uşakovun sözlərinə görə, Rusiya və ABŞ nümayəndələr, köməkçilər və digər vəzifəli şəxslər səviyyəsində dialoqu davam etdirəcəklər. Putinin Donald Tramp ilə mümkün görüşünün baş tutması isə məhz bu səviyyədə əldə ediləcək irəliləyişdən asılı olacaq.

    Görüş başa çatdıqdan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib. qeyd edək ki Putin və Uitkoff danışıqların mahiyyətini ictimaiyyətə açıqlamamaq barədə də razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR