AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail-Livan nümayəndələri görüşüb

  • + A
  • - A
  • Bu gün, 08:05

    İsrail-Livan nümayəndələri görüşüb

    Livan və İsrail nümayəndə heyətləri dekabrın 3-də Ras-ən-Naqurada görüş keçirib. görüşdə sərhəd bölgələrində gələcək iqtisadi əməkdaşlıqla bağlı ilk dəfə fikir mübadiləsi aparıblar.

    iclas ABŞ və Fransanın himayəsi altında Livan–İsrail sərhədində atəşkəsə nəzarət komitəsinin toplantısı çərçivəsində baş tutub və mənbələr görüşü “mükəmməl” adlandırıblar.

    Görüşün ilk hissəsi hərbi məsələlərə həsr olunub. Litani çayının cənubundakı qoşunların komandanı, briqada generalı Nikolas Tabet bildirib ki, Livan ordusu bölgədə öz missiyasının 80 faizini yerinə yetirib. O, ilin sonuna qədər tərk-silah prosesinin tamamlanması üçün əlavə vaxt tələb etməyi planlaşdırmadıqlarını vurğulayıb. Generalın sözlərinə görə, Livan hərbçiləri hazırda sərhəd boyunca 200 mövqedə yerləşib, 177 tuneli yoxlayıb və 566 raket qurğusunu müsadirə ediblər.

    Görüşün ikinci hissəsində Livan və İsrailin mülki ekspertləri ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun iştirakı ilə birbaşa danışıqlar aparıblar. müzakirələrdə “Hizbullah”ın tərk silahı, İsrailin Livana hava zərbələri və cənub bölgələrində iqtisadi əməkdaşlıq imkanları əsas mövzular olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR