AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞRİ-LANKADA QASIRĞA ZAMANI 479 NƏFƏR HƏLAK OLUB

  • + A
  • - A
  • Bu gün, 08:07

    ŞRİ-LANKADA QASIRĞA ZAMANI 479 NƏFƏR HƏLAK OLUB


    Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb.

    bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

    Məlumata əsasən, torpaq sürüşmələri, daşqınlar və qasırğanın digər fəsadları nəticəsində ölənlərin sayı 479 nəfərə yüksəlib, daha 350 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə təbii fəlakətdən 1,6 milyon nəfərdən çox insan zərər çəkib.

    Bundan əvvəl 465 nəfərin həlak olduğu bildirilirdi.

    Xidmətlər axtarış-xilasetmə işlərini davam etdirir və zərərçəkmiş sakinlərə yardım göstərirlər. Ölkədə ümumilikdə 1 347 müvəqqəti yerləşdirmə mərkəzi açılıb, burada 188 mindən çox insan sığınacaq tapıb.

    Eyni zamanda, İİndoneziyanın Sumatra adasında daşqınlarla mübarizə aparan yerli hakimiyyət orqanları 804 nəfərin öldüyünü bildirib. Onlar vəsait, ərzaq və yanacaq çatışmazlığını aradan qaldırmaq üçün mərkəzi hökumətdən əlavə yardım istəyiblər.
    Ümumilikdə daşqın və torpaq sürüşməsi nəticəsində 634 nəfər itkin düşüb.

    Zərər çəkən əyalətlərdəki yerli orqanların nümayəndələri bildiriblər ki, elektrik enerjisinin kəsilməsi və yol probleminə görə humanitar yardıma çıxış bloklanıb.

    Rəsmilər bildirirlər ki, insanlar xəstələnir və nəticələrin aradan qaldırılması üçün vəsait qalmayıb.

    Lakin prezidentin sözçüsü Prasetyo Hadi bildirib ki, 30 milyon ABŞ dolları dəyərində büdcə fəlakətlərin aradan qaldırılması üçün kifayətdir. O, zəruri hallarda bu məbləğin artırıla biləcəyini əlavə edib.

    İndoneziya daxili işlər naziri Tito Karnavian daşqınlardan zərər çəkməyən ərazilərdəki regional hökumətlərdən istifadə olunmamış vəsaitləri zərərçəkənlərə bağışlamalarını xahiş etdiyini bildirib.

    Qeyd edək ki, “Pertamina” enerji şirkəti daşqınlardan zərər çəkən, demək olar ki, bütün ərazilərdə yanacaq təchizatı ilə bağlı problemlərlə üzləşib. Şirkət alternativ yollar axtarır, lakin çatdırılma vaxt aparacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR