AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSİYA-NATO ŞURASI LƏĞV EDİLƏCƏK

  • + A
  • - A
  • Bu gün, 08:08

    RUSİYA-NATO ŞURASI LƏĞV EDİLƏCƏK

    Rusiya–NATO Şurası ləğv ediləcək. Bunu Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə bildirib.

    "Rəsmi qərarlardan biri kimi baş katibin bəyanatını qeyd etmək istəyirəm: Rusiya–NATO Şurası artıq mövcud deyil. Rusiya–NATO Şurası və Rusiya–NATO Əsasnamə Aktı artıq yoxdur", – deyə Sikorski mətbuat konfransında vurğulayıb.

    Rusiya ilə NATO arasında münasibətlər 1990-cı illərin əvvəllərində qurulub. 1997-ci ildə tərəflər Əsasnamə Aktını imzalayaraq bir-birlərini rəqib kimi görmədiklərini təsdiqləyib və məsləhətləşmələr üçün mexanizm yaradıb. 2002-ci ildə isə Rusiya–NATO Şurası formalaşdırılıb.

    2014-cü ilə qədər Rusiya və NATO terrorizmə, narkotik qaçaqmalçılığına və dəniz quldurluğuna qarşı əməkdaşlıq edirdi. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra alyans bu əməkdaşlığı dondurub.

    eyni zamanda NATO Baş katibi Mark Rutte bir daha ABŞ Prezidenti Donald Trampın Rusiya ilə sülh əldə etmək səylərini alqışlayıb və Alyansın Ukraynaya qış aylarında da güclü dəstəyinin davam edəcəyini bildirib.

    Brüsseldə NATO xarici işlər nazirlərinin bir günlük iclasından sonra çıxış edən Rutte deyib ki, Ukraynaya yardım “aramsız şəkildə” davam edir.

    Nazirlər Vaşinqtonun Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün irəli sürdüyü sülh təklifini və Alyansın Kiyevə dəstəyini müzakirə ediblər.

    ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olmaq üçün səylərini artırsa da, tərəflərin əsas məsələlər — xüsusilə də ərazilərin kimdə qalacağı — üzrə ortaq məxrəcə gəlməsinin hələlik qeyri-müəyyən olduğu bildirilir.

    Avropa liderləri, prosesdə Vaşinqtonun dominantlığı səbəbindən kənarda qalmamaq üçün öz mövqelərini daha açıq ifadə etməyə çalışırlar.

    Onlar, həmçinin, Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri üzərində işləyirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR