AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İSRAİL NÜMAYƏNDƏ HEYƏTİ QAHİRƏYƏ SƏFƏR EDİB

  • + A
  • - A
  • 5-12-2025, 09:38

    İSRAİL NÜMAYƏNDƏ HEYƏTİ QAHİRƏYƏ SƏFƏR EDİB

    İsrailin nümayəndə heyəti Qahirədə Qəzzadan sonuncu girovun MEYİTİNİ inin qaytarılması məsələsini müzakirə edib.bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.

    Bildirilib ki, baş nazir Binyamin Netanyahu Qəzza zolağında qalan sonuncu İsrail girovunun MEYİTİNinin qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərib.

    Nümayəndə heyətinə əsirlər və itkin düşmüş şəxslər üzrə koordinator, təqaüdçü briqada generalı Qal Hirş rəhbərlik edib və onlar dekabrın 4-də səhər saatlarında Misirin paytaxtına gəlib.

    İsrail ordusunun, Baş Təhlükəsizlik Xidmətinin və Mossad kəşfiyyat agentliyinin nümayəndələri də görüşlərdə iştirak ediblər.

    "Nümayəndə heyəti sonuncu girov, baş çavuş Ran Qvilinin dərhal qaytarılmasına nail olmaq məqsədilə vasitəçilərlə danışıqlar aparıb. Danışıqlardan sonra bütün girovların qaytarılması vəzifəsini yerinə yetirmək üçün intensiv və təcili səylər barədə razılıq əldə olunub", - məlumatda deyilir.

    Eyni zamanda, İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb.

    Baş naziri Benyamin Netanyahunun ofisiməlumat verib. Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçildiyini bəyan edilib

    Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR