AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada yanğın səbəbindən 200-dən çox insan təxliyə edilib

  • + A
  • - A
  • 13-12-2025, 18:00

    Rusiyada yanğın səbəbindən 200-dən çox insan təxliyə edilib

    Rusiyanın Vladimir vilayətinin Suzdal şəhərində otel-turizm kompleksində yanğın baş verib.

    Bu barədə bölgənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.

    Yanğınla bağlı məlumat operativ xidmətlərə saat 13:20-də daxil olub. İlkin yanğın sahəsi 50 kvadrat metr təşkil edib. Binadan 210 nəfər təxliyə edilib. Xəsarət alan və ölən yoxdur.

    Yanğının söndürülməsinə 13 texnika və şəxsi heyətdən 38 nəfər cəlb olunub.

    Yerli KİV-in məlumatına görə, yanğın "Suzdal" turizm kompleksinin akvaparkında baş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR