Avstraliyada silahla bağlı qanunlar sərtləşdirilə bilər

Avstraliyanın baş naziri Entoni Albanese terror hücumundan sonra hökumətin ölkədə silah qanunlarını sərtləşdirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
"Hökumət daha sərt silah qanunları da daxil olmaqla, bütün zəruri tədbirləri görməyə hazırdır", - o deyib.
Baş nazir qeyd edib ki, fərdin sahib ola biləcəyi silahların sayı məhdudlaşdırıla bilər və məhdudiyyətlər silah lisenziyalarına da tətbiq oluna bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.