AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Merz: ABŞ təkbaşına dünyada aparıcı rol oynaya bilməz

  • + A
  • - A
  • 17-12-2025, 07:43

    Merz: ABŞ təkbaşına dünyada aparıcı rol oynaya bilməz

    Almaniya kansleri Fridrix Merz ABŞ-ın təkbaşına istədiyi liderlik rolunu oynaya bilməyəcəyini bildirib və qeyd edib ki, o, amerikalıları dünyada tərəfdaşlara ehtiyac duyduqlarına inandırmağa çalışır.

    Merz bu barədə ZDF telekanalının efirində çıxışı zamanı danışıb.

    O, dünyada siyasi və iqtisadi güc mərkəzlərində tektonik dəyişikliyin baş verdiyini təkrarlayaraq sözlərinə belə davam edib:

    "Və mən istəyirəm ki, Avropa bu işdə öz rolunu oynasın. Buna görə də mən Avropa birliyi üçün çalışıram. Əgər kimsə öz mövqeyindən istifadə edərək bunu edə bilirsə, bu, Almaniya kansleridir. "Hər şeydən öncə ABŞ" əlbəttə ki, yaxşıdır, amma "tək başına ABŞ" ABŞ-a da heç bir fayda verməyəcək. Bundan əlavə, ABŞ-dakı iqtisadi göstəricilərə baxın. Təsəvvür edə bilərəm ki, amerikalılar sonda bizə tərəf dönüb "Təkcə ABŞ-a deyil, hər ikimizə fayda verən bəzi məsələlər barədə yenidən danışmaq istəməzdikmi?" deyəcəklər", - Merz bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR