AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib

  • + A
  • - A
  • 19-12-2025, 08:17

    Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib

    ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvinin də daxil olduğu sərəncamı imzalayıb.

    Trampın imzaladığı 901 milyard dollarlıq müdafiə büdcəsi qanununa Suriyaya qarşı sanksiyalar nəzərdə tutan “Sezar Qanunu”nun ləğvi də daxil olub.

    Beləliklə, Trampın imzası ilə Suriyaya qarşı sanksiyalar rəsmi olaraq ləğv edilib.

    Qeyd edək ki, 2019-cu ildə qəbul edilmiş “Sezar Qanunu” ABŞ tərəfindən sabiq Suriya prezidenti Bəşər Əsəd rejimi dövründə Suriyanın iqtisadi bərpasını məhdudlaşdırmaq üçün tətbiq edilmişdi.

    Qanunun ləğvi, prezident Əhməd əş-Şaraanın rəhbərlik etdiyi yeni administrasiyanı dəstəkləmək üçün xarici investisiyaların və yardımların Suriyaya qayıtmasına yol açacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR