AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUS GENERALI SUİ-QƏSD NƏTİCƏSİNDƏ HƏYATINI İTİRİB

  • + A
  • - A
  • Bu gün, 13:14

    RUS GENERALI SUİ-QƏSD NƏTİCƏSİNDƏ HƏYATINI İTİRİB

    RUSİYADA YÜKSƏK RÜTBƏLİ ZABİTƏ SUİ-QƏSD TÖRƏDİLİB. Hadisə bazar ertəsi səhər saatlarında Moskvanın Yaseneva küçəsində baş verib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Hazırlığı İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğu maşın hərəkətə başlayarkən işə düşüb. General aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

    Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hazırda bir neçə versiya araşdırılır, lakin əsas şübhələr Ukrayna kəşfiyyatı üzərində cəmlənib.

    Bu, son bir ildə Moskvada yüksək rütbəli hərbçilərə qarşı törədilən ilk belə hal deyil. 2024-cü ilin dekabrında Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov da bənzər üsulla — binasının qarşısında skuterə yerləşdirilmiş bomba ilə qətlə yetirilmişdi.

    Hazırda hadisə yerində ARAŞDIRMA DAVAM EDİR və şəhər üzrə xüsusi əməliyyat planı elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR