AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək

  • + A
  • - A
  • 24-12-2025, 12:26

    Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək

    Ermənistanda parlament seçkiləri 2026-cı il iyun ayının 2-dən 12-dək keçiriləcək.

    Bu barədə mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib.

    "Konstitusiyaya əsasən, seçkilərin gözlənilən keçirilmə tarixi növbəti ilin 2-dən 12-nə kimidir. Seçkilər bu on gün ərzində keçirilməlidir", - V.Ovakimyan deyib.

    MSK sədri həmçinin seçkilərin keçirilmə gününü dəqiq öyrənmək üçün Ermənistan Prezidentinin seçki tarixinin təyin edilməsi ilə bağlı rəsmi qərarını gözləməli olduqlarını deyib.

    KİV xəbər verir ki, Ermənistanda sonuncu parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR