AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suriya təhlükəsizlik qüvvələri Dəməşqdə İŞİD liderini saxlayıb

  • + A
  • - A
  • 25-12-2025, 08:18

    Suriya təhlükəsizlik qüvvələri Dəməşqdə İŞİD liderini saxlayıb

    Suriya Daxili Təhlükəsizlik Qüvvələri xüsusi əməliyyat keçirib və bu əməliyyat zamanı Dəməşqdə İŞİD lideri ələ keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin əyalət idarəsinin rəisi general Əhməd əl-Dallati “X” hesabında məlumat verib.

    "Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyədə İŞİD qalasını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə Dəməşqdəki terrorçu qruplaşmanın lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə edilib", - məlumatda deyilir.

    Onun sözlərinə görə, basqın yerli sakinlərdən qruplaşmasının mövcudluğu barədə məlumat alındıqdan sonra həyata keçirilib və onlar təhlükəsizlik qüvvələrinə cinayətkarların tutulmasında kömək ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR