AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: İranla strateji tərəfdaşlıq sənədini imzalamağa hazırıq

  • + A
  • - A
  • 25-12-2025, 15:35

    Paşinyan: İranla strateji tərəfdaşlıq sənədini imzalamağa hazırıq

    İrəvan Tehranla strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədir.

    Ermənistan KİV-i xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, Ermənistan-İran münasibətləri dinamik şəkildə inkişaf edir və yüksək səviyyədədir: "İranla çox möhkəm münasibətlərimiz var və biz onları strateji tərəfdaşlıq sənədi formasında rəsmiləşdirməyə çalışırıq".

    Baş nazir xatırladıb ki, 2025-ci ilin əvvəlində Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası, dekabrda isə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq proqramı imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR