AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynadakı müharibənin həlli uzanır

  • + A
  • - A
  • 29-12-2025, 08:01

    Ukraynadakı müharibənin həlli uzanır

    "ABŞ-də təkcə demokratlar deyil, bir çox siyasətçilər Ukraynadakı müharibənin həllində maraqlı deyillər və sülh səylərinə müqavimət göstərirlər".

    Bunu ABŞ Nümayəndələr Palatasının nümayəndəsi Luna Anna Paulina deyib.

    "Qeyd etmək istərdim ki, Vaşinqtonda təkcə demokratlar deyil, çoxları sülh razılaşmasını istəmir. Çünki onların müəyyən müdafiə şirkətlərində investisiya maraqları var və səhmlərə şəxsən investisiya qoyublar. Bu baxımdan (sülh yolu ilə nizamlanmaya- Qeyd) müqaviməti müşahidə etmək olar", o, "Fox News" kanalına müsahibəsində bildirib.

    Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü bəzi siyasətçilərin müqavimətinə baxmayaraq, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hələ də nail olunacağına ümid etdiyini bildirib.

    Qeyd edək ki, Luna Anna Paulina ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR