AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanda sürücüsüz taksi layihəsi həyata keçiriləcək

  • + A
  • - A
  • 29-12-2025, 11:46

    Qazaxıstanda sürücüsüz taksi layihəsi həyata keçiriləcək


    Qazaxıstanın paytaxtı Astanada sürücüsüz taksilərin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

    Bu barədə Qazaxıstan KİV-i rəqəmsal aktivlər və qabaqcıl texnologiyalar komitəsinin sədri Gizzat Baytursınova istinadən bildirib.

    Müvafiq memorandum Astana akimatı, süni intellekt və nəqliyyat nazirlikləri, eləcə də, "Yandex Qazaqstan" şirkəti tərəfindən imzalanıb.

    Qurumdan bildiriblər ki, avtonom texnologiyalar insan faktorunu minimuma endirməklə qəzaların sayını azalda, yol hərəkətini optimallaşdıra və müxtəlif əhali qrupları üçün nəqliyyatı əlçatan edə bilər.

    "Bizim üçün təhlükəsizlik, məsuliyyət, insan və alqoritmlərin qarşılıqlı əlaqəsi məsələlərini əvvəlcədən işləmək və belə həllərin qanuni və şəffaf şəkildə inkişaf etməsinə imkan verəcək normativ bazanı hazırlamaq vacibdir. Sürücüsüz taksi - texnologiyaların insanın maraqları üçün çalışdığı daha geniş "ağıllı şəhər" ekosisteminin bir hissəsidir", - qeyd edilib.

    Tərəflər layihənin mərhələli şəkildə - sürücülü rejimdən və məhdud testlərdən başladılmasını planlaşdırırlar. Belə format şəhər mühitinin real şərtlərinə uyğunlaşmağa imkan verir.(REPORT)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR