AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski bu həftə danışıqlar aparacağını planlaşdırır

  • + A
  • - A
  • Dünən, 12:08

    Zelenski bu həftə danışıqlar aparacağını planlaşdırır

    Kiyevdə xəstəxana dron hücumuna məruz qalıb. 1 nəfər ölüb.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşım edib.

    Prezident bildirib ki, ötən gecə Rusiya ordusu Kiyevdə stasionar şöbəsi fəaliyyət göstərən daha bir xəstəxananı vurub. Hücum nəticəsində itkilər var, bir nəfər həlak olub.

    “Bir nəfər həyatını itirib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Yardıma ehtiyacı olan hər kəs müvafiq kömək alır. Əlbəttə ki, ukraynalılar bu xəstəxananı bərpa edəcəklər”, – Zelenski qeyd edib.

    Onun sözlərinə görə, gecə ərzində Ukrayna ərazisinə 165 pilotsuz uçuş aparatı ilə hücum edilib, onlardan təxminən 100-ü “Şahed” tipli dronlar olub.

    Zelenski, eyni zamanda, bu həftə Avropa və ABŞ tərəfdaşları ilə danışıqların planlaşdırıldığını açıqlayıb:

    “Tərəfdaşlarımızın bunu heç vaxt unutmaması vacibdir: hava hücumundan müdafiə hər gün lazımdır, enerji sektoru üçün avadanlıq hər gün lazımdır. Bu həftə Ukraynanın ehtiyac duyduğu yardımı təmin etmək üçün Avropa və Amerika tərəfdaşlarımızla işləyəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR