AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UKRAYNANIN TƏHLÜKƏSİZLİYİ PARİS SAMMİTİNİN MÜZAKİRƏ MÖVZUSU OLUB

  • + A
  • - A
  • 7-01-2026, 09:14

    UKRAYNANIN TƏHLÜKƏSİZLİYİ PARİS SAMMİTİNİN MÜZAKİRƏ MÖVZUSU OLUB

    Paris şəhərində keçirilən “İstəklilər koalisiyası” formatlı görüş keçirilib. görüşdə Ukraynanın əsas müttəfiqləri Rusiya ilə davam edən müharibənin mümkün sülh sazişi ilə başa çatdırılmasından sonra ölkənin təhlükəsizliyinin necə təmin olunacağını müzakirə ediblər. tədbirdə Avropa ölkələri, Kanada, ABŞ nümayəndələri, eləcə də Avropa İttifaqı və NATO-nun yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.

    Görüşün əsas mövzusu Ukraynaya çoxsəviyyəli beynəlxalq təhlükəsizlik zəmanətlərinin verilməsi olub. Müttəfiqlər Kiyevin ön cəbhə qüvvələrinə silah, texnika və təlim dəstəyi göstəriləcəyini, həmçinin hava, quru və dəniz vasitəsilə mümkün gələcək Rusiya hücumlarının qarşısının alınacağını bildiriblər. əalvə oolaraq ukryanaya dəstək məqsədilə qüvvələr yaradılacaq ki onun da tərkibi 15 mindən 20 min əsgərə qədər, bəlkə də 30 min nəfər ola bilər. Əsas qüvvələr Fransa və Böyük Britaniya tərəfindən təmin ediləcək, Türkiyə isə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürəcək. Qüvvələrin əksəriyyəti Ukraynanın qərbində yerləşdiriləcək.
    məlumatına görə, Yelisey sarayında toplanan 30-a yaxın lider Rusiya ilə atəşkəs sazişi qüvvəyə mindikdən sonra aktivləşdiriləcək siyasi və hüquqi razılaşmalarla təmin edilən zəmanətləri Ukraynaya təqdim etməyə hazır olduqlarını bəyan edə bilərlər

    Fransa Prezidenti Emmanuel Makron toplantıdan sonra verdiyi açıqlamada qəbul edilən təhlükəsizlik bəyanatını Ukraynadakı müharibənin bitirilməsi istiqamətində “əhəmiyyətli addım” kimi qiymətləndirib. O bildirib ki, mümkün atəşkəs rejiminə ABŞ-ın rəhbərliyi altında nəzarət mexanizmləri yaradılacaq və Vaşinqtonun bu prosesdə iştirakı bir çox ölkələr üçün həlledici əhəmiyyət daşıyır.

    ABŞ görüşdə dövlət katibi səviyyəsində deyil, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner vasitəsilə təmsil olunub. Onlar görüşdən əvvəl Yelisey sarayında Makronla hazırlıq xarakterli müzakirələr aparıblar. Uitkoff ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərini “qətiyyətlə dəstəklədiyini” bildirib və Vaşinqtonun həm ikitərəfli təhlükəsizlik məsələlərində, həm də Ukraynanın iqtisadi bərpa planında irəliləyiş əldə etdiyini vurğulayıb.

    Böyük Britaniyanın Baş naziri Kir Starmer isə bildirib ki, müttəfiqlər ABŞ-ın rəhbərlik etdiyi atəşkəs monitorinqində iştirak edəcək, Ukraynaya uzunmüddətli silah tədarükünü təmin edəcək və Rusiya tərəfindən gələcək mümkün hücumlar zamanı Kiyevə dəstək üzrə öhdəliklər götürəcəklər. Onun sözlərinə görə, müharibədən sonra Fransa və Böyük Britaniya Ukrayna ərazisində hərbi mərkəzlər yaradacaq və hərbi texnika üçün qorunan anbarlar tikəcək.

    Almaniya kansleri Fridrix Merz də ölkəsinin təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, mümkün atəşkəsdən sonra Ukrayna ilə həmsərhəd NATO ərazilərində Almaniya hərbi qüvvələrinin yerləşdirilməsi variantı istisna edilmir. Kansler qeyd edib ki, iştirakın forması və miqyası yalnız şərtlər tam dəqiqləşdikdən sonra federal hökumət və Bundestaq tərəfindən müəyyən ediləcək.

    Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda irəliləyiş olduğunu desə də, bir sıra öhdəliklərin ölkə parlamentləri tərəfindən ratifikasiya edilməli olduğunu qeyd edib. O bildirib ki, Parisdə imzalanan sənədlər Avropanın və “İstəklilər koalisiyası”nın real təhlükəsizlik təminatlarına nə dərəcədə hazır olduğunu göstərir. Zelenskinin sözlərinə görə, ABŞ ilə müzakirə olunan 20 bəndlik sənəd üzrə hələ açıq qalan məsələlər mövcuddur və əlavə danışıqlar aparılacaq.

    Rusiya tərəfi isə ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları barədə ətraflı mövqe açıqlamayıb. Kreml atəşkəsin yalnız hərtərəfli siyasi razılaşmadan sonra mümkün olduğunu bildirir və NATO ölkələrinin Ukrayna ərazisində qoşun yerləşdirməsini qəti şəkildə rədd edir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə belə bir ssenarinin qəbuledilməz olduğunu bəyan edib.

    Qeyd edək ki, görüş ərəfəsində ABŞ administrasiyasının diqqətinin Venesueladakı hadisələrə yönəlməsi və Vaşinqtonun Qrenlandiya ilə bağlı açıqlamaları Avropa paytaxtlarında müəyyən gərginlik yaradıb. Buna baxmayaraq, Paris görüşündə iştirak edən 35 nümayəndə heyəti, o cümlədən 27 dövlət və hökumət başçısı Ukraynaya dəstəyin davam etdirilməsində razılığa gəlib. Müxtəlif kənar görüşlər isə diplomatik səylərin intensivliyini və prosesin mürəkkəbliyini göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR