FƏLƏSTİNLİ QAÇQINLARA YARDIM MƏSƏLƏSİ DÜNYA GÜNDƏMİNDƏDİR

BMT İSRAİL tərəfindən Fələstin qaçqınlarına yardım göstərən BMT agentliyinə qarşı qəbul etdiyi qanunları ləğv etmədiyi təqdirdə məsələni Beynəlxalq Ədalət Məhkəməsinə çıxara biləcəyi barədə xəbərdarlıq edib. bu barədə xarici kiv lər məlumata yayıb
Yanvarın 8-də İsrailin Baş naziri Benyamin Netanyahuya göndərilən məktubda Quterreş bildirib ki, İsrailin atdığı addımlar beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə ziddir və bu qərarlar dərhal geri çəkilməlidir. O vurğulayıb ki, BMT belə addımlara biganə qala bilməz.
Qeyd edək ki, İsrail parlamenti 2024-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ölkə ərazisində fəaliyyətini qadağan edən qanun qəbul edib və dövlət qurumlarının agentliklə əlaqələrini yasaqlayıb. Daha sonra qanuna edilən dəyişikliklə qurum obyektlərinə elektrik və su verilməsi də dayandırılıb. İsrail hakimiyyəti ötən ay agentliyin Şərqi Qüdsdəki ofisini də müsadirə edib. BMT Şərqi Qüdsü işğal olunmuş ərazi hesab etsə də, İsrail şəhərin bütövlükdə öz ərazisi olduğunu bildirir.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Antonio Quterreşin xəbərdarlığını rədd edib. O bildirib ki, İsrail Baş katibin təhdidlərindən çəkinmir və yardım agentliyi əməkdaşlarının terror fəaliyyətlərində iştirakı ilə bağlı ciddi iddiaların cavabsız qaldığını iddia edib.
BMT isəBirləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzza zolağında humanitar yardımın əsas dayağı olduğunu bəyan edir. Quruma görə, agentlik Qəzza, İordan çayının qərb sahili, Livan, Suriya və İordaniyada milyonlarla fələstinliyə yardım, səhiyyə və təhsil xidmətləri göstərir. BMT etiraf edib ki, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumda doqquz yardım agentliyinin əməkdaşı iştirak edib və onlar işdən çıxarılıb. Bununla belə, təşkilat İsraildən əlavə sübutlar tələb etdiyini, lakin indiyədək rəsmi dəlillərin təqdim edilmədiyini açıqlayıb.
Digər tərəfdən, Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağının müvəqqəti idarə olunması üçün yaradılması planlaşdırılan şuraya qoşulmağa hazır olduğunu bildirib. “The Times” qəzetinin məlumatına görə, Tramp şuranın tərkibini bu həftə elan edə bilər. Rəsmi London isə hələlik baş nazirə rəsmi dəvət göndərilmədiyini və danışıqların davam etdiyini açıqlayıb.
Məlumata görə, “Qəzza üzrə sülh şurası”na Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Misir, Türkiyə, BƏƏ və Qətər də daxil olmaqla təxminən 15 ölkənin liderinin qatılması planlaşdırılır. Şura blokada altında olan Qəzza zolağının bərpası və idarə olunması ilə bağlı qərarlar qəbul edəcək.
Eyni zamanda, HAMAS hərəkatının Xəlil əl-Həyyənin rəhbərlik etdiyi nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə səfər edib. Hərəkatın məlumatına görə, danışıqlarda Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatması və ikinci mərhələnin mümkün qədər tez həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.