TAİLANDDA QƏZADA ÖLƏNLƏRİN SAYI 28-Ə ÇATIB, 80 NƏFƏR XƏSARƏT ALIB

Tailandın Nakhonratçasima vilayətində baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 28-ə çatıb, 80 nəfər xəsarət alıb.
Qəzaya səbəb tikinti kranının qatarın üzərinə düşməsi olub.
Hadisə zamanı qatar Banqkok - Ubonratçatxani marşrutu ilə hərəkət edirmiş.
Qəza qatarın reysdən çıxaraq aşmasına səbəb olub, vaqonlardan birində yanğın baş verib.
Həlak olanların əksəriyyəti qırıntılar altında sıxılıb qalıb.
Nəqliyyat nazirliyi qəza zamanı qatarda 195 nəfərin oldunu bildirib.
Dövlət dəmiryolları qurumu faktla bağlı ətraflı isintaqın aparılmasına əmr verib.
Məlumata görə, aşan kran sürətli dəmiryolun çəkilməsində istifadə olunurmuş.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.