İRANDA QARŞIDURMALARDA ÖLƏNLƏR KÜTLƏVİ ŞƏKİLDƏ DƏFN EDİLİBLƏR

İranda rəhbərliyə qarşı keçirilən etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ölən insanlar kütləvi şəkildə dəfn olunublar.
İran hökuməti iğtişaşlarda ölən təhlükəsizlik qüvvələri əməkdaşlarına şəhid statusu verib.
CNN telekanalı qarşıdurmalarda ölənlərin sayının 2400-ü ötdüyünü bildirib. 18 mindən çox etirazçı həbs edilib.
Eyni zamanda, İran dövlət televiziyasında da qarşıdurmalar baş verən gündən indiyə kimi ilk dəfə ölü sayının çox olduğunu etiraf olunub.
Rəhbərliyə qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb ölkə iqtisadiyyatına yaşanan böhran – milli valyutanın dəyər itirməsi, yüksək iflyasiya göstərilir.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ötən gün etirazçıları aksiyaları davam etdirməyə çağırıb, etirazçıları siyasi institutlara sahib çıxmağa səsləyib.
O, etirazçılara vəd olunan köməyin yolda olduğunu bildirib. Lakin köməyin nə olduğuna dair açıqlama verməyib.
Tramp daha əvvəl İrana hərbi müdaxilə edə biləcəklərinə işarə edib.
İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ştatları ilə istənilən ssenariyə hazır olduqlarını deyib.
Ağ Ev İran rəhbərliyinə qarşı sanksiyaları artırıb. İranla ticarət edən ölkələrdən idxal olunan məhsullara görə 25 faizlik rüsum elan olunub.
Məlumata görə, təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün güc tətbiq edir, etirazçılara atəş açır.
Bundan başqa, zorakılıq törədən bir şəxs – İrfan Sultaninin edam ediləcəyi bildirilir.
İnsan haqları müşahidəçilər İranda edam cəzasının indiyə kimi bu qədər erkən verilmədiyini deyiblər.
Tramp bildirib ki, İran etirazçıları edam edərsə, bu ölkəyə qarşı çox sərt tədbirlər görəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.