AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT QƏZZADAKI DAĞINTILARDAN NARAHATDIR

  • + A
  • - A
  • 16-01-2026, 09:08

    BMT QƏZZADAKI DAĞINTILARDAN NARAHATDIR

    Qəzzada 60 milyon tondan çox dağıntı var və onların təmizlənməsi 7 ildən çox vaxt apara bilər.

    Bunu Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin icraçı direktoru Corc Mureyra de Silva deyib.

    Onun sözlərinə görə, İsrail hücumlarından sonra 2 milyona yaxın insan çox ağır humanitar şəraitdə yaşayır, qış və güclü yağışlar vəziyyəti daha da pisləşdirib.

    Qəzzada infrastrukturun 80%-dən çoxu dağıdılıb, evlər, məktəblər, xəstəxanalar, su və elektrik sistemləri məhv edilib.

    Orta hesabla hər insan 30 ton dağıntı ilə əhatə olunub. Bu dağıntılar həm sağlamlıq üçün təhlükəli maddələr, həm də insan qalıqları ehtiva edir.

    BMT-yə görə, Qəzza və İordan çayının qərb sahilində bərpa işləri üçün 53,2 milyard dollar lazım olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR