Antarktidada 40 qollu nəhəng dəniz ulduzları var

Antarktidada yayın ən qızğın vaxtı olsa da, Rothera tədqiqat stansiyasının ətrafındakı okeanın temperaturu -1 dərəcə Selsidir.
Bu barədə "Sky News" araşdırma təqdim edib
Belə ki, Antarktida dünyanın ən məhsuldar okeanlarından biri hesab olunsa da – mikroskopik bitki və heyvan planktonlarının “şorbası” ilə zəngin olduğu üçün – su eyni zamanda olduqca bulanıqdır.
Hər kəs üçün ideal dalğıc məkanı sayılmaz.
Amma bdalğıclar dərinliklərə arxası üstə düşərək suya girməyə son dərəcə həvəslidirlər.
“Burada başqa heç yerdə rast gəlinməyən, 40 qollu nəhəng dəniz ulduzları var, onlar mənim sevimlilərimdir,” – deyə BAS-ın dalğıc qrupunda çalışan dəniz bioloqu Pati Glaz bildirib.
Onun dalış yoldaşı, BAS dəniz bioloqu Matt Bell üçün isə əsas maraq doğuran məqam “qütb nəhəngliyi”dir – yəni qütb sularında canlıların adi ölçülərdən xeyli böyük olması.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.