ABŞ-nin maliyyə naziri: "Trampın Qrenlandiya məsələsini ciddi qəbul edin"
![]()
ABŞ-ın maliyyə naziri Skott Bessent Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Avropanın mümkün cavab tədbirlərinin “çox ağılsız addım” olacağını deyib.
Sky news xəbər verir ki, o, Avropa ölkələrini Trampın Qrenlandiya ilə bağlı mövqeyini ciddi qəbul etməyə çağırıb.
Bessent, həmçinin Trampın Qrinlandiya məsələsində sərt mövqeyinin Nobel Sülh Mükafatını almaması ilə əlaqəli olması barədə səsləndirilən iddiaları təkzib edərək, bu fikirləri “tamamilə əsassız” adlandırıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Norveçin baş nazirinə göndərdiyi məktubda Nobel Sülh Mükafatına layiq görülməməsindən narazılığını ifadə edib və Norveçin mükafatın verilməsində həlledici rola malik olduğunu iddia edib.
Qrinlandiya ilə bağlı artan gərginlik Avropa–ABŞ münasibətlərində yeni diplomatik və iqtisadi qarşıdurma riski yaradıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.