AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin Şərqi Qüdsdə BMT-yə məxsus kompleksi sökməsi etirazla qarşılanıb

  • + A
  • - A
  • 20-01-2026, 20:17

    İsrailin Şərqi Qüdsdə BMT-yə məxsus kompleksi sökməsi etirazla qarşılanıb

    İsrailin dağıdıcı briqadaları işğal altında olan Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş qərargahının sökülməsinə başlayıb.
    İsrail tərəfi kompleksin yerləşdiyi ərazinin özünə məxsus olduğunu bildirir və UNRWA-nı HƏMAS tərəfindən sızmaya məruz qalmaqda ittiham edir.

    Rəsmi Təl-Əviv agentliyin fəaliyyətinin təhlükəsizlik riskləri yaratdığını iddia edir.
    UNRWA isə bəyan edib ki, sökülən bina və ərazi beynəlxalq konvensiyalarla qorunur. Agentlik etiraf edir ki, UNRWA-nın doqquz əməkdaşının 7 oktyabrda HƏMAS-ın həyata keçirdiyi hücumlarla əlaqəsi ola bilər, lakin İsrailin daha genişmiqyaslı iştirakla bağlı iddialarını təsdiqləyən heç bir sübut təqdim etmədiyini vurğulayır.

    Hadisə yerindən BBC-nin müxbiri Con Sadvert reportaj hazırlayıb. O, BMT obyektinin sökülməsinin beynəlxalq hüquq və humanitar normalar baxımından ciddi suallar doğurduğunu qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR