AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda kilsə-hökumət qarşıdurması davam edir

  • + A
  • - A
  • 21-01-2026, 13:27

    Ermənistanda kilsə-hökumət qarşıdurması davam edir

    Erməni Kilsəsinin islahatı üzrə Şura bu gün rəsmi bəyanat verərək yepiskopları katolikos II Qareginin xaricdə çağırdığı toplantıya qatılmamağa çağırıb.

    Bəyanatda Avstriyada keçiriləcək yepiskoplar toplantısına dair qərarın ləğv edilməsi və bu cür ayrı-seçkilik yarada biləcək addımlardan çəkinməyin zəruriliyi tələb olunur.

    Şura yepiskopları bu avantüraya qoşulmamağa, kilsənin birliyini pozan hərəkətləri rədd etməyə çağırıb.

    Həmçinin, yepiskoplara xarici təsir altında olan, dövlət əleyhinə fəaliyyət göstərən hazırkı kilsə rəhbərliyinin təxribat xarakterli addımlarına tabe olmamaq və əxlaqi-psixoloji təzyiqinə qarşı möhkəm dayanmaq tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR