AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda etirazlar: Kermanda 33 nəfər saxlanıldı, 125 nəfər barəsində cinayət işi açıldı

  • + A
  • - A
  • Bu gün, 18:24

    İranda etirazlar: Kermanda 33 nəfər saxlanıldı, 125 nəfər barəsində cinayət işi açıldı

    İranda son günlər ölkə miqyasında davam edən etiraz aksiyaları fonunda Kerman əyalətində 33 nəfərin saxlanıldığı, daha 125 vətəndaş barəsində isə cinayət işi açıldığı bildirilir. Bu barədə HRANA insan haqları agentliyi məlumat yayıb.
    Məlumata görə, saxlanılan şəxslər “Instagram və Telegram platformalarında monarxist qruplarla əlaqəli fəal liderlər” kimi təqdim olunur. Tasnim xəbər agentliyinin iddiasına əsasən, bu şəxslər 6 yanvar 2026-cı il tarixində çağırışlar ediblər və Kerman, Rəfsəncan və Sircan şəhərlərində ümumilikdə 50 qrup və şəbəkə formalaşdırıblar.
    Eyni zamanda, İranın dövlət televiziyası (IRIB) Abadan şəhərində azı 2, Tehranda isə 5 nəfərin saxlanıldığını açıqlayıb. Reportajda iddia olunur ki, həmin şəxslər Tehranın Vanak rayonunda və Abadanda polis bölmələrini yandırmaqda ittiham edilirlər.
    Bununla paralel olaraq saxlanılan şəxslərin “etiraf videoları” da yayılıb. Lakin bu görüntülərin hansı şəraitdə çəkildiyi və saxlanılanlara hansı təzyiqlərin göstərildiyi barədə məlumat verilməyib.
    Yayılan məlumatlarda saxlanılan şəxslərin kimliyi və hansı istintaq təcridxanalarında saxlanıldığı da açıqlanmır.
    Xatırladaq ki, etiraz aksiyaları 28 dekabr 2025-ci ildə Tehranda bazar və ticarət obyektlərində başlayan etiraz və tətil dalğası ilə başlayıb. Qısa müddət ərzində aksiyalar bazarlardan kənara çıxaraq ölkənin müxtəlif bölgələrinə yayılıb. Tələbələrin, vətəndaşların və müxtəlif sosial qrupların iştirakı ilə bu etirazlar son illərin ən genişmiqyaslı aksiyalarından biri kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR