İspaniyada daha bir qatar qəzası: bir həftədə dördüncü hadisə

İspaniyanın cənub-şərqində, Mursiya bölgəsində sərnişin qatarının tikinti kranı ilə toqquşması nəticəsində qəza baş verib. Bu hadisə ölkədə son bir həftə ərzində qeydə alınan dördüncü dəmir yolu insidenti olub.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kartaxena liman şəhəri yaxınlığında baş verən qəza nəticəsində dörd nəfər yüngül xəsarət alıb. Yaralıların vəziyyətinin ciddi olmadığı bildirilir.
Qeyd edək ki, bazar günü İspaniyanın Adamuz bölgəsində yüksək sürətli qatarın toqquşması nəticəsində azı 43 nəfər həlak olub. Həmin faciə ölkə tarixində son illərin ən ağır dəmir yolu qəzalarından biri kimi qiymətləndirilir.
Ardıcıl baş verən qatar qəzaları ölkə üzrə dəmir yolu təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Hadisələrlə bağlı araşdırmalar davam etdirilir, məsul qurumlar təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.