AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstandan 87 nəfər deportasiya olunub

  • + A
  • - A
  • 27-01-2026, 11:36

    Gürcüstandan 87 nəfər deportasiya olunub

    Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

    DİN-in yaydığı məlumata görə, kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları Gürcüstandan deportasiya olunub.

    Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi qadağan edilib. Daxili İşlər Nazirliyi miqrasiya qaydalarına nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR