B.Britaniyalı deputat həbs olunub

Britaniyalı deputat Den Norris təcavüz və digər ağır cinayətlərdə şübhəli bilinərək həbs olunub
Böyük Britaniyada siyasətdə qalmaqallı hadisə baş verib. Sky News-un məlumatına görə, müstəqil deputat Den Norris bir sıra ağır cinayətlərdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, Den Norris təcavüz, cinsi təcavüz, voyeurizm, eləcə də alt paltarı geyinmə ilə bağlı ittihamlar üzrə istintaqa cəlb edilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Hüquq-mühafizə orqanları məsələ ilə bağlı əlavə məlumat yaymayıb. Millət vəkilinin özü və ya onun nümayəndələri tərəfindən də hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, hadisə Böyük Britaniya siyasi dairələrində ciddi rezonans doğurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.