A.Simonyan macarıstanlı həmkarı ilə Ermənistan-Azərbaycan arasındakı sülhdən danışıb

Ermənistan parlamentinin sədri Alen Simonyan Macarıstan parlamentinin vitse-spikeri İştvan Yakabla görüşüb. Bu barədə Ermənistan parlamenti məlumat verib.
Yakaba Ermənistana səfərinə görə təşəkkür edən Simonyan bu cür səfərlərin Ermənistan-Macarıstan münasibətlərinin inkişafı baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
İstvan Yakab öz növbəsində səmimi qəbula görə Ermənistan MAS spikerinə təşəkkürünü bildirib və Ermənistanla Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Daha sonra həmsöhbətlər Ermənistan-Avropa İttifaqı münasibətləri, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh, eləcə də parlamentlərarası əlaqələrin intensivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.