AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt Ankarada Türk dünyasına töhfə verən ictimai xadimlər mükafatlandırıldı

  • + A
  • - A
  • 1-02-2026, 12:21

    Paytaxt Ankarada Türk dünyasına töhfə verən ictimai xadimlər mükafatlandırıldı
    Bakı/Ankara – 2 fevral - Azadmedia.az

    Ankarada Türk dünyasının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə, türk mədəniyyətinin beynəlxalq miqyasda inkişafına mühüm töhfələr vermiş ictimai-siyasi və mədəniyyət xadimlərinin təltif olunduğu mükafatlandırma mərasimi keçirilib.

    Mərasim Türkiyədə fəaliyyət göstərən “Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirdə siyasətçilər, diplomatlar, alimlər, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

    Rəsmi hissə Türkiyə və Azərbaycan dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Mərasimdə əsas diqqət Türk Dünyası Sivil Toplum İşbirliyi Dərnəyinin (TÜRKSİT) başqanı Kemal Kurnazın Türk dünyasının inkişafına göstərdiyi davamlı və sistemli fəaliyyətinə görə “Türk Dünyasına Xidmət” mükafatı ilə təltif olunmasına yönəlib. Onun rəhbərliyi ilə TÜRKSİT-in türk dövlətləri və icmaları arasında sivil toplum əməkdaşlığının gücləndirilməsi, sosial və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirdiyi vurğulanıb.

    Mükafatı qəbul edərkən çıxış edən Kemal Kurnaz Türk dünyasının gələcəyinin birlik və ortaq vizyon üzərində qurulduğunu qeyd edərək, sivil cəmiyyət institutlarının bu prosesdə daşıdığı məsuliyyətə diqqət çəkib. O, bu mükafatı bütün Türk dünyasına xidmət edən könüllülərin əməyinə verilən dəyər kimi qəbul etdiyini bildirib.

    “Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatının rəhbəri, vəkil Arzuman Azaflı çıxışında türk xalqları arasında dialoqun gücləndirilməsinin, mədəni və ictimai bağların möhkəmləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə fəaliyyət göstərən şəxslərə təşəkkür edib.

    Təltif olunan şəxslər çıxışlarında Türk Dövlətləri Təşkilatı kimi platformaların rolunu xüsusi qeyd edərək, Türkiyə–Azərbaycan qardaşlığının Türk dünyasının birliyi üçün əsas dayaqlardan biri olduğunu bildiriblər.

    Mərasim mükafatların təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR