AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Viktor Orban: Macarıstan Serbiyanın Aİ-yə inteqrasiyasına dəstək göstərəcək

  • + A
  • - A
  • Bu gün, 18:30

    Viktor Orban: Macarıstan Serbiyanın Aİ-yə inteqrasiyasına dəstək göstərəcək

    Macarıstan Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsinə dəstək göstərəcək.

    Bunu Macarıstanın Baş naziri Viktor Orban Serbiyanın Dövlətçilik Günü münasibətilə bu ölkənin Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.

    V. Orban qeyd edib ki, son onillikdə Serbiya və Macarıstan arasında münasibətlər tarixi zirvəyə çatıb və bu, hazırkı gərgin qlobal siyasi mühitdə xüsusi əhəmiyyət kəsb edir:

    "İkitərəfli məsələlərlə yanaşı, gələcəkdə də beynəlxalq siyasi məkanda, xüsusilə Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsində hökumətimin sarsılmaz dəstəyinə arxalana bilərsiniz".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR