AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya Sülh Şurasına müşahidəçi ölkə qismində daxil olacaq

  • + A
  • - A
  • Bu gün, 19:00

    İtaliya Sülh Şurasına müşahidəçi ölkə qismində daxil olacaq

    İtaliya Qəzza üzrə Sülh Şurasına müşahidəçi ölkə qismində daxil olmaq niyyətindədir.

    Bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Əddis-Əbəbədə jurnalistlərə bildirib.

    "Dünən bizi müşahidəçi ölkə qismində daxil olmağa dəvət etdilər. Düşünürəm ki, biz bu dəvətə müsbət cavab verəcəyik. Bu, narahatlıqları aradan qaldıra biləcək bir variantdır. Bizim fikrimizcə, Şurada tamhüquqlu iştirakla bağlı uyğunluq, o cümlədən konstitusiya uyğunluğu problemini nəzərə alaraq, bu, yaxşı qərardır", - o deyib.

    Baş nazirin sözlərinə görə, müşahidəçi formatına digər Avropa ölkələri, ilk növbədə, Aralıq dənizi dövlətləri də qoşula bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR