AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Qəzza zolağında 5 min hərbçi üçün nəzərdə tutulmuş baza quracaq

  • + A
  • - A
  • 19-02-2026, 21:14

    ABŞ Qəzza zolağında 5 min hərbçi üçün nəzərdə tutulmuş baza quracaq


    ABŞ Qəzza zolağında hərbi baza tikməyi planlaşdırır.

    Bu barədə "The Guardian" qəzeti Sülh Şurasının sənədinə istinadla məlumat yayıb.

    Qeyd olunub ki, 5 min hərbçi üçün nəzərdə tutulmuş baza əyalətin cənubunda yerləşəcək və Sülh Şurası çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin əməliyyat mərkəzi olacaq. Məlumata görə, bazanın tikintisi üçün tenderə silahlı qarşıdurma zonalarında təcrübəsi olan kiçik inşaat şirkətləri qrupu dəvət edilib.

    Sülh Şurasının ilk iclası fevralın 19-da Vaşinqtonda keçirilir. Şuraya daxil olmaq üçün 58 ölkə dəvət edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR