İranla razılaşmaq üçün Trampa 15 gün vaxt lazımdır

ABŞ prezidenti Donald Tramp İranla 10-15 gün ərzində razılaşma əldə edəcəyini gözlədiyini bildirib.
Tramp bəyan edib ki, Vaşinqton bu və ya digər şəkildə Tehranla razılaşmaq niyyətindədir.
Bu barədə ABŞ prezidenti Vaşinqtondan ABŞ-ın Corciya ştatının Roma şəhərinə uçan Air Force One təyyarəsində jurnalistlərə açıqlama verib.
Tramp razılaşmanın ən qısa zamanda imzalanacağını gözlədiyini və on günün kifayət edəcəyinə inandığını, lakin maksimum müddətin təxminən iki həftə olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.