AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Putin Üçüncü Dünya Müharibəsi başladıb”

  • + A
  • - A
  • Dünən, 20:30

    “Putin Üçüncü Dünya Müharibəsi başladıb”

    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini qlobal müharibənin təməlini qoymaqda ittiham edib.

    BBC-yə müsahibə verən Zelenski bəşəriyyətin böyük bir təhlükə ilə üz-üzə olduğunu bildirib.

    Ukrayna dövlət başçısı qeyd edib ki, Putin bu müharibəni artıq başladıb:

    “Dünya birliyinin əsas vəzifəsi hazırkı münaqişənin tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır. Rusiya rəhbərliyi yalnız Ukrayna torpaqlarını işğal etməklə kifayətlənməyəcək, bu səbəbdən müttəfiqlər təcavüzkarın qarşısını almaq üçün daha kəsərli addımlar atmalıdırlar”.

    Xatırladaq ki, Zelenski daha əvvəl Putini “Ukraynanın və bütün ukraynalıların düşməni” adlandıraraq aralarında qarşılıqlı nifrətin olduğunu bəyan etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR