Netanyahu: İsrail İrandan hücum olacağı təqdirdə “aglasığmaz” güclə cavab verəcək

İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə dəqiqə öncə parlamentdə çıxışı zamanı bəyan edib ki, İran İslam Respublikası ölkəyə hücum edərsə, İsrail buna “təsəvvürəgəlməz” güclə cavab verəcək.
Netanyahu Knesset-də keçirilən debatlar zamanı bildirib ki, İranla davam edən gərginlik fonunda İsrail “çox mürəkkəb və gərgin günlər” yaşayır və istənilən təhdidi dəf etməyə hazırdır.
“Biz ayıq-sayıqıq və bütün ssenarilərə hazırıq. Ayətullah rejiminə açıq şəkildə bildirdim: əgər onlar tarixlərində bəlkə də ən ciddi səhvi edib İsrailə hücum etsələr, biz onların təsəvvür belə edə bilməyəcəyi güclə cavab verəcəyik”, – deyə baş nazir vurğulayıb.
Netanyahu, həmçinin ABŞ-la münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib. O, yaxın vaxtlarda ABŞ prezidenti Donald Trump ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, iki ölkə arasında təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlıq heç vaxt indiki qədər güclü olmayıb.
“Bu gün deyə bilərəm ki, milyonlarla İsrail vətəndaşının müdafiəsi məsələsində İsrail heç vaxt indiki qədər güclü olmayıb. ABŞ-la müttəfiqlik heç vaxt bu qədər möhkəm olmayıb”, – deyə Netanyahu əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.