AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fikrət Sadıqov: “Cenevrə danışıqlarından hələlik ciddi nəticə gözləmək olmaz”

  • + A
  • - A
  • Dünən, 21:15

    Fikrət Sadıqov: “Cenevrə danışıqlarından hələlik ciddi nəticə gözləmək olmaz”

    Politoloq-diplomat Fikrət Sadıqov Cenevrədə keçirilən danışıqların üçüncü raundunu şərh edərək bildirib ki, mövcud mərhələdə bu prosesdən ciddi nəticə gözləmək çətindir.
    Onun sözlərinə görə, hazırda danışıqlar gündəliyində konkret saziş layihəsi belə yoxdur və tərəflər daha çox bir-birinə qarşı ittihamlar səsləndirirlər. Bu isə real irəliləyiş üçün zəmin formalaşdırmır.
    Politoloq vurğulayıb ki, İranı digər ölkələrlə müqayisə etmək düzgün deyil: “İran Venesuela deyil. Burada kimisə götürüb harasa aparmaq mümkün olmayacaq. Vaşinqtonda da bunu başa düşürlər”.
    Sadıqov qeyd edib ki, danışıqlarda əsas müzakirə mövzusu İranın nüvə proqramıdır. Onun fikrincə, tərəflər arasında məhz bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır və kompromis əldə olunmadan yekun razılaşma mümkün görünmür.
    Ekspert hesab edir ki, danışıqların növbəti mərhələlərində konkret sənəd üzərində iş aparılmasa və qarşılıqlı etimad artırılmasa, proses uzun müddət nəticəsiz davam edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR