AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cenevrədə İran–ABŞ danışıqları fasilədən sonra bərpa olunub

  • + A
  • - A
  • Dünən, 21:18

    Cenevrədə İran–ABŞ danışıqları fasilədən sonra bərpa olunub

    Cenevrədə İran–ABŞ danışıqları fasilədən sonra bərpa olunub

    Cenevrədə İran və ABŞ arasında sanksiyaların ləğvi ilə bağlı keçirilən danışıqlar fasilədən sonra yenidən başlayıb.

    Məlumata görə, tərəflər paytaxtlarla məsləhətləşmələr aparmaq üçün danışıqlara qısa ara vermişdilər. Fasilədən sonra üçüncü raund yenidən davam etdirilib.

    İranın nüvə proqramı ilə bağlı aparılan dolayı danışıqlar Oman vasitəçiliyi ilə keçirilir. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

    Qeyd edək ki, danışıqların əsas məqsədi sanksiyaların ləğvi və nüvə dosyesi ətrafında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Tərəflərin mövqelərində irəliləyiş olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR