AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş ABŞ prezidenti Konqresdə Epşteynlə əlaqələri barədə ifadə verməyə başlayıb.

  • + A
  • - A
  • 27-02-2026, 21:18

    Keçmiş ABŞ prezidenti Konqresdə Epşteynlə əlaqələri barədə ifadə verməyə başlayıb.


    ABŞ-ın 42-ci prezidenti Bill Clinton Konqresdə Jeffrey Epstein ilə əlaqələri barədə ifadə verməyə başlayıb.

    Bu barədə BBC məlumat yayıb.

    Məlumata görə, Klinton ifadəni ABŞ Konqresinin müvafiq komitəsində qapalı iclas zamanı verir. Bildirilir ki, o, sonradan yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və digər cinayətlərə görə məhkum olunmuş Epşteynin şəxsi təyyarəsi ilə bir neçə dəfə uçuş edib.

    Konqresin qərarı ilə açıqlanan Epşteyn işi üzrə sənədlərdə onların birgə fotolarının da yer aldığı qeyd olunur.

    Klinton Epşteynin cinayətləri barədə məlumatlı olmadığını bildirib və onunla əlaqə saxladığına görə təəssüf etdiyini vurğulayıb.

    Qeyd edək ki, bundan əvvəl Epşteynlə əlaqələr barədə ifadə verənlər arasında Klintonun həyat yoldaşı, ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton da olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR