Moskvada 3 polis əməkdaşının ölüm səbəbi bilinib

Hüquq-mühafizə orqanları müəyyən edib ki, ötən ilin dekabrında və bu ilin fevralında Moskvada üç polis əməkdaşının ölümünə Ukrayna dələduzluğu qurbanlarına məxsus obyektlərin uzaqdan partladılması səbəb olub, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk “İnterfaks” agentliyinə bildirib.
Xəbər verdiyimiz kimi, fevralın 24-nə keçən gecə 22 yaşlı Udmurtiya vətəndaşı Savelovski vağzal meydanında Dövlət Yol Müfəttişliyinin avtomobilinin yanında “naməlum qurğu”nu işə salıb. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, onun iki həmkarı isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs də dünyasını dəyişib.
Daha bir insident 2025-ci il dekabrın 24-nə keçən gecə baş verib. Daha sonra Moskvanın Yeletskaya küçəsində partlayıcı qurğu işə salınarkən iki polis əməkdaşı və daha bir nəfər həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.