AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İsrail və ABŞ-nin hücumları nəticəsində ölənlərin sayı ilə bağlı yenilənmiş rəqəmləri açıqlayıb.

  • + A
  • - A
  • 2-03-2026, 13:21

    İran İsrail və ABŞ-nin hücumları nəticəsində ölənlərin sayı ilə bağlı yenilənmiş rəqəmləri açıqlayıb.

    Qızıl Aypara Cəmiyyətinin mətbuat xidməti xəbər verir ki, İranda İsrail və ABŞ-ın hücumları nəticəsində 555 nəfər həlak olub.

    Tasnim-in məlumatına görə, tibbi yardım əməliyyatları davam edir.

    Qeyd olunur ki, son günlər İsrail və ABŞ-ın hücumları İranın 131 şəhərini hədəf alıb.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub.

    İran buna cavab olaraq İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib.

    Hücum zamanı İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei də həlak olub.

    Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR