AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin Xarici İşlər Nazirliyi: İranda hərbi münaqişədə Çin vətəndaşı həlak olub.

  • + A
  • - A
  • 2-03-2026, 13:25

    Çin Xarici İşlər Nazirliyi: İranda hərbi münaqişədə Çin vətəndaşı həlak olub.


    Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bazar ertəsi keçirilən növbəti mətbuat konfransında Tehranda hərbi münaqişə zamanı bir Çin vətəndaşının həlak olduğunu bildirib.

    “Biz həmyerlimizin vəfatı ilə bağlı kədərlənirik və mərhumun ailəsinə başsağlığı veririk”, - deyə mətbuat katibi bildirib.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olub.

    Buna cavab olaraq İran İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına raket zərbələri endirib. Hücum zamanı İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei də həlak olub.

    Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR