Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər Yaxın Şərqdə gərginliyin artması ilə bağlı ciddi narahatlıq ifadə ediblər. Bu barədə təşkilatın rəsmi açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunub ki, ŞƏT-ə üzv ölkələr güc tətbiqini yolverilməz hesab edir və mövcud ziddiyyətlərin yalnız sülh yolu ilə, dialoq, qarşılıqlı hörmət və bütün tərəflərin qanuni maraqlarının nəzərə alınması əsasında həllini dəstəkləyir.
Təşkilat həmçinin vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin pozulmasının qarşısını almaq üçün müvafiq addımlar atmalıdır.
Fevralın 28-i səhər saatlarında ABŞ və İsrail birgə şəkildə İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkənin bir sıra şəhərləri, o cümlədən paytaxt Tehran hücuma məruz qalıb. Buna cavab olaraq Tehran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Martın 2-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyat 4-5 həftədən daha uzun davam edə bilər. Onun sözlərinə görə, bu proses bir və ya iki həftə ərzində onu “yormayacaq” və vəziyyətdə “sıxıcı heç nə yoxdur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.