AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İsfahan səmasında İsrailə məxsus Hermes pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.

  • + A
  • - A
  • 3-03-2026, 12:58

    İran İsfahan səmasında İsrailə məxsus Hermes pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.


    İran İsfahan üzərində İsrailə məxsus Hermes pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.

    “Ölkəmizin silahlı qüvvələri Xomeynişəhr (İsfahan) üzərində düşmən təyyarəsini vurub”, - İRİB xəbər verir.

    “Mehr”in məlumatına görə, “Hermes” pilotsuz uçan aparatı vurulub.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın paytaxtı Tehran və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İranın İsrail və ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz təyyarələr atdığı bildirilir.

    İsrail-ABŞ hücumunda İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək rütbəli rəsmilər də həlak olub.

    Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan edərək Livanın cənubuna daxil oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR